Bu ölkələrin XİN başçıları Qarabağ problemini müzakirə edib
06.02.2020
Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunulub.
Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlər çıxışlarında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Bakıda Şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan XİN rəhbərləri iştirak edib.