Formula 1 üzrə Çin qran-prisi ləğv edildi
05.02.2020
Formula 1 üzrə Çin qran-prisi bu il keçirilməyə bilər.
Buna səbəb bu ölkədə koronavirusun yayılmasıdır. Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirus aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib.
Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula 1 rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.