Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.
Hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Xatırladaq ki, ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib. Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, əraziyə cəlb olunmuş 300 xilasedici qar uçqunu altında qalıb. Onlardan 25 nəfər xilas edilib, 8 nəfərinsə meyiti tapılıb. Hazırda itkin düşmüş 10-15 nəfər axtarılır.
Bununla da iki qar uçqununda ölənlərin sayı 13 nəfər çatıb.