Binəqədi icra başçısı vəzifəsindən ÇIXARILDI
17.05.2018
Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
"Dövran Media" xəbər verir ki, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb.
Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.
Yaxın saatlarda prezident İlham Əliyevin bununla bağlı sərəncamı dərc olunacaq.