Silah ticarətində lider ölkələr - - FOTO
05.02.2020
Ölkələrin dünya bazarında silah ticarəti sahəsində tutduğu yerlərlə bağlı statistik məlumatlar açıqlanıb.
Bu barədə cnbc.com ABŞ Dövlət Departamentinin hazırladığı hesabata əsasən xəbər yayıb.
Xəbərdə bildirilir ki, dünya ölkələri bir il ərzində hərbi xərclərə təxminən 3 trilyon dollar xərcləyir.
Silah transferləri dövriyyəsinin 79 faizinə ABŞ nəzarət etməklə liderdir. ABŞ-ın bu bazarda payı ondan sonrakı yerləri tutan 9 ölkənin ümumi payından 4 dəfə çoxdur.
Avropa Birliyi 10 faiz, Rusiya 5 faiz, Çin isə 2 faiz paya sahibdir.
2007-2017-ci illərdə ABŞ-ın orta illik silah satışları 143,2 milyard dollar, növbəti yerlərdə gələn Rusiyanın 9,7 milyard dollar, Fransanın 4,1 milyard dollar, İngiltərənin 3.6 milyard dollar, Almaniyanın 3, 6 milyard dollar, Çinin 2.9 milyard dollar həcmində olub.
Digər yerləri isə İtaliya, İsrail, İsveç, İspaniya paylaşır.