Uxandan təxliyə edilən rusiyalılar Tümenə gətirilib
05.02.2020
Göyərtəsində Çinin Uxan şəhərindən təxliyə edilən rusiyalılar və digər ölkələrin vətəndaşları olan ilk təyyarə Rusiyanın Tümen şəhərinin aeroportuna enib.
Azəırtac xəbər verir ki, Rusiya Kosmik Hava Qüvvələrinə məxsus təyyarədə olan 80 sərnişini tibbi personal və Rusiya Müdafiə Nazirliyinin əməkdaşları müşayiət edib. Uxandan təxliyə edilmiş şəxslər Tümendən 30 kilometr məsafədə yerləşən reabilitasiya mərkəzinə yerləşdiriləcəklər.