Onların səlahiyyəti ilk iclas günü başa çatacaq
05.02.2020
V çağırış Milli Məclisin deputatlarının səlahiyyət müddəti parlamentin yeni tərkibinin ilk iclas günü başa çatacaq.
Report-un parlamentdən əldə etdiyi məlumata görə, yeni tərkibin ilk iclasında hazırkı deputatlarla yanaşı, deputat köməkçiləri də Milli Məclisdəki işindən ayrılacaqlar.
İlk iclasın fevral ayının sonlarına yaxın, yaxud martın əvvəlində keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.