21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fond rəhbəri cərimələndi

05.02.2020

Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb.
Report xəbər verir ki, icra məmurunun tələbini yerinə yetirməməyə görə, V.Abdullayevə 2000 manat cərimə yazılıb.
Məhkəmə V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilib.
Məhkəmə işi ilə bağlı əlavə detallar açıqlanmır.
Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun İcraçı direktorunun müavini Vüqar Abdullayev icraçı direktor vəzifəsini icra edir.