Rusiya ilə ziddiyyətə girməməliyik - Ərdoğan
05.02.2020
"Hazırkı mərhələdə Rusiya ilə gərginliyə, ya da ziddiyyətə girməyə ehtiyac yoxdur. Rusiya ilə çox ciddi strateji əməkdaşlığımız var”.
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan ölkəsinə qayıdarkən jurnalistlərə açıqlamasında bildirb.
O, Suriyanın İdlib bölgəsindəki vəziyyətə də toxunub: "Təbii ki, rejim üçün bunun nəticələri də olacaq. Əməliyyatların Əsəd rejiminə ciddi bir dərs olduğu qənaətindəyəm, amma dayanmayacağıq, eyni qətiyyətlə davam edəcəyik. Əlbəttə, müşahidə məntəqələrimiz həyati rol oynayır və yerlərində qalacaqlar”.