Keniyanın orta məktəblərindən birində yaranmış basabas nəticəsində 14 şagird həyatını itirib, 40-ı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
"Daily Mail” xəbər verir ki, hadisə paytaxt Nayrobidən şimal-qərbdə yerləşən Kakameqa şəhərində baş verib.Yerli vaxtla saat 17:00-da, dərs bitdikdən sonra məktəbin çıxışına qaçan uşaqlar basabas yaradıb və nəticədə, hadisə baş verib. İlkin mülahizələrə görə, hadisəyə səbəb uşaqlar məktəbdən cıxarkən dəhlizdəki ensiz pilləkənin uçması olub.
Ölkənin Təhsil Nazirliyi uşaqların ölümü barədə məlumatı təsdiqləyib.