03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ Şimali Koreya görüşü ALINMADI - SƏBƏB

17.05.2018

"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampla KXDR-in lideri Kim Çen Inın görüşü baş tutmaya bilər. Belə ki, Vaşinqton son dərəcə sərt danışıqlar aparır. Pxenyan hesab edir ki, amerikalılar Şimali Koreyanı birtərəfli qaydada tərksilah edir və güzəştlərə də hazır deyillər.
Bu, Moskvanın vasitəçi rolunda çıxış etməsinə imkan verə bilər. Pxenyan Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi manevrlər kecirməyinə şübhə ilə yanaşdığını bildirib və bu səbəbdən Ceulla 16 mayda təyin olunmuş danışıqları ləğv edib. Donald Trampın təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton çıxış edərək, Kim Çen Ina zirvə toplantısının müvəffəqiyyətini təmin etmək məqsədilə nüvə arsenalının sökülərək Tennessi ştatına çatdırılmasını və orda məhv edilməsi təklifini irəli sürüb. Əvəzində amerikalılar şirkətlərini Şimali Koreya bazarında işləməyə icazə verməyi vəd edib. Lakin investisiyalar barədə susub. Pxenyan isə daha sərfəli işbirliyi nəzərdə tuturdu: Şimali Koreya iqtisadiyyatının inkişafına təkan vermək üçün ABŞ-ın ciddi köməyi lazımdır. Eyni zamanda, Kim Çen Inın nüvə proqramından imtina etməsi cox risklidir, çünki hərbçilər bunu məğlubiyyət hesab edəcəklər və bu da onun nüfuzuna öz təsirini göstərəcək.
Buna görə Şimali Koreya Xarici İşlər Nazirliyi özlərini dəyərləndirərək xəbərdarlıq edib ki, əgər Ağ Ev bizi bir küncə sıxışdırmağa çalışırsa, bizim danışıqlara marağımız itəcək.