"YouTube"un ötən ilki gəliri AÇIQLANDI
04.02.2020
"Alphabet Holding" ("Google"un ana şirkəti) ilk dəfə olaraq "YouTube" video-hostinqinin əldə etdiyi gəlir göstəricilərini açıqlayıb.
2019-cu ildə "YouTube" reklamdan 15,15 mlrd. ABŞ dolları gəlir əldə edib ki, bu da 2018-ci il ilə müqayisədə 36% çoxdur.
Qeyd edək ki, "Google" şirkəti "YouTube"u 2006-cı ildə 1,65 mlrd. dollara satın alıb. O vaxtdan bəri holdinq "YouTube" üzrə reklamdan əldə etdiyi gəlirlər barədə məlumat yayımlamayıb.
Məlumata əsasən, ötən il "Alphabet Holding"in gəlirləri 162 mlrd. dollar təşkil edib ki, bu da illik ifadədə 18% çoxdur.