21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Psixoloq ŞƏHLA ZEYNALLI təqdim edir: Allergiya nədir?

17.05.2018

Psixoloqumuz Şəhla Zeynallının allergiya ilə bağlı hazırladığı araşdırma xarakterli materialını təqdim edirik. 
                Psixosomatika - Allergiya

Təsviri: Allergiya – orqanizmin hər hansısa maddəyə olan yüksək həssaslığıdır.
Allergiyanı immun sistemiylə bağlı xəstəliklərə aid edirlər.

Səbəbləri: Allergiyadan əziyyət çəkən insan adətən ətrafında kiməsə nifrət hiss
edir və bu insanı görməyə dözə bilmir. O, insanlara və yaranan vəziyyətə böyük səy göstərərək uyğunlaşır. Belə insanlar tez-tez başqa insanların, xüsusilə özünün "seçdiyi” insanların güclü təsiri altındadır. Allergiyadan əziyyət çəkən insanların bir çoxu küsəyəndir. Onlar özlərini tez-tez aqressiyanın obyekti kimi görür və lazımı dərəcədən cox müdafiə edirlər.

Çıxış yolu: Əgər anlasanız ki, sevdiyiniz insanların diqqətinə əzab çəkmədən nail olmaq mümkündür, bu zaman həyatınız daha asan və xoş olacaq. Ola bilər ki, uşaqlıqda əmin olmusunuz ki, xəstəlik – diqqəti özünə cəkmək ücün düzğün üsuldur. Lakin bu, yeganə üsul deyil. Əgər sizin toza və yaxud hansısa heyvana allergiyanız varsa, ola bilər ki, özünüzü tez-tez aqressiyanın obyekti kimi hiss
edəsiniz. Bu zaman düşünün nəyə görə özünüzü belə hiss edirsiniz və şübhələrininzi yoxlamağa cəhd edin. Bir qayda olaraq əgər insan digər insanlardan qorxursa, bunun səbəbini özündə axtarmalıdır.