Bu siyahıda Azərbaycan Ermənistanı 47 pillə qabaqladı
04.02.2020
Mərkəzi ABŞ-da yerləşən müstəqil "Global Firepower” dünyanın ən güclü ordularına sahib ölkələrinin 2020-ci il üzrə siyahısını açıqlayıb.
Xəbər veriuldiyi kimi, "2020: hərbi güc reytinqi" adlı siyahıda 138 ölkənin Silahlı Qüvvələri yer alıb.
Reytinqin tərtib olunmasında illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyət, Hərbi Hava Qüvvələrinin arsenalı: pilotsuz uçan aparat və helikopterlər, qırıcı təyyarələr, tankların sayı və hərbi donanma üzrə göstəricilər nəzərə alınıb.
Reytinqə əsasən, Azərbaycan Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə malik ölkədir. Ordumuz 138 ordu arasında 63-cü pillədə qərarlaşıb.
Hərbi büdcə 2 milyard 805 milyon ABŞ dolları, şəxsi heyət 426 min nəfərdən ibarətdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin aktivində 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter mövcuddur. Quru Qoşunların aktivində 570 döyüş tankı var. Hərbi donanma 31 gəmiyə malikdir.
Ermənistan isə 112-ci sırada qərarlaşıb. Hərbi güc baxımından bütün göstəricilər üzrə Azərbaycandan geridə qalan işğalçı ölkənin hərbi büdcəsi 1 milyard 385 milyon ABŞ dollarıdır. Şəxsi heyət 245 min nəfərdən ibarətdir. Ermənistan Hərbi Hava Qüvvələrinin aktivində 13 hərbi təlim təyyarəsi, 9 qırıcı təyyarə, 37 helikopter və 20 qırıcı helikopter var. Quru qoşunları 110 tanka malikdir. Hərbi donanması yoxdur.
Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü 13-cü ordusu mövqeyindədir. TSQ 2019-cu il reytinqində 9-cu yerdə qərarlamışdı. Türkiyəni cənub qonşumuz İran izləyir. Gürcüstan isə hərbi göstəricilərinə görə siyahının 93-cü pilləsində yer alıb.
1. ABŞ
Hərbi büdcə: 750 milyard dollar
Şəxsi heyət: 2 milyon 260 min
Hərbi Hava Qüvvələri: 13 min 264 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 2 min 85
Döyüş tankı: 6 min 289
Donanma: 490
2. Rusiya
Hərbi büdcə: 48 milyard dollar
Şəxsi heyət: 3 milyon 13 min
Hərbi Hava Qüvvələri: 4 min 163 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 873
Döyüş tankı: 12 min 950
Donanma: 603
3. Çin Xalq Respublikası
Hərbi büdcə: 237 milyard dollar
Şəxsi heyət: 2 milyon 693 min
Hərbi Hava Qüvvələri: 3 min 210 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 1 232
Döyüş tankı: 3 min 500
Donanma: 777
4. Hindistan
Hərbi büdcə: 61 milyard dollar
Şəxsi heyət: 3 milyon 544 min
Hərbi Hava Qüvvələri: 2 min 123 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 538
Döyüş tankı: 4 min 292
Donanma: 285
5. Yaponiya
Hərbi büdcə: 49 milyon dollar
Şəxsi heyət: 303 min
Hərbi Hava Qüvvələri: 1 561 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 279
Döyüş tankı: 1004
Donanma: 155
6. Cənubi Koreya
Hərbi büdcə: 44 milyard dollar
Şəxsi heyət: 3 milyon 680 min
Hərbi Hava Qüvvələri: 1 649 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 414
Döyüş tankı: 2 min 614
Donanma: 234
7. Fransa
Hərbi büdcə: 41,5 milyard dollar
Şəxsi heyət: 451 min
Hərbi Hava Qüvvələri: 1 229 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 269
Döyüş tankı: 528
Donanma: 180
8. Böyük Britaniya
Hərbi büdcə: 55,1 milyard dollar
Şəxsi heyət: 275 min
Hərbi Hava Qüvvələri: 733 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 133
Döyüş tankı: 227
Donanma: 88
9. Braziliya
Hərbi büdcə: 27,8 milyard dollar
Şəxsi heyət: 1 milyon 674 min 500
Hərbi Hava Qüvvələri: 715 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 43
Döyüş tankı: 437
Donanma: 112
10. Misir
Hərbi büdcə: 11,2 milyard dollar
Şəxsi heyət: 920 min
Hərbi Hava Qüvvələri: 1054 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi: 215
Döyüş tankı: 4 min 295
Donanma: 316