Türkiyə şəhidlərin qisasını aldı: Əsədin 76 əsgəri oldürüldü
04.02.2020
Türkiyə İdlibdə hərbçilərinin atəşə tutulmasına cavab olaraq, 76 suriyalı əsgərin öldürüldüyünü elan edib.
Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib.
Onun sözlərinə görə, Bəşər Əsəd ordusunun 54 hədəfinə havadan zərbələr endirilib.
Qeyd edək ki, iki gün öncə İdlib bölgəsində Suriya ordusu tərəfindən edilən artilleriya atışları nəticəsində Türkiyə ordusunun dörd əsgəri həlak olub.