İsrail beynəlxalq məhkəməyə verilsin - Çavuşoğlu
17.05.2018
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qəzza zolağında baş verən qanlı hadisələrlə bağlı təkliflə çıxış edib.
"Dövran Media" xəbər verir ki, XİN rəhbəri İsrailin törətdiyi qətliama görə Beynəlxalq Cinayət Məhkəməsinə verilməli olduğunu bildirib.
Xatırladaq ki, Qəzza zolağında İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 nəfər həlak olub, daha 2700 nəfər isə yaralanmışdı.