BƏƏ-dən Çinə həmrəylik - “Bürc Xəlifə” qırmızıya büründü
04.02.2020
Dubaydakı "Bürc Xəlifə” qülləsi koronavirus xəstəliyi ilə bağlı ağır günlər keçirən Çin xalqı ilə həmrəylik əlaməti olaraq qırmızıya bürünüb.
Qüllənin üzərində Çinin dövlət bayrağı əks olunub. Azərtac-ın "Gulf News” portalına istinadla xəbər verir ki, "Bürc Xəlifə”nin sosial şəbəkədəki səhifəsində yazılıb: "Biz Çin Xalq Respublikasına uğurların və tərəqqinin davamını arzulayırıq”.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyan da Çin Xalq Respublikasının milli bayramının 70-ci ildönümü münasibətilə çinli həmkarı Si Cinpinə göndərdiyi təbrik məktubunda bu ölkənin xalqına sülh və əmin-amanlıq arzulayıb.