Güclü küləklə bağlı "Azərişıq" tədbirlər görür
04.02.2020
Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi Azərişıq ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur:
"Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər, xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən də "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür. Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".