Qalın paylaşım etdi: Bunun hesabını verəcəklər!
03.02.2020
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın Əsəd rejiminin Türkiyə ordusuna hücumu ilə bağlı açıqlama yayıb.
Qalın açıqlamasını öz Tvitter səhifəsində yerləşdirib.
"Rejimin açdığı atəş nəticəsində İdlibdə həyatını itirən dörd əsgərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı veririk. İdliblə bağlı danışıqlara zidd olan bu hücuma dərhal qarşılıq verilib. Əsgərlərimizin qanı yerdə qalmayacaq, günahkarlar dərhal hesab verəcəklər”, – deyə o bildirib.