Nazir rəisi müavin, müavini rəis etdi
03.02.2020
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Sərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Faktı BŞBPİ-nin Mətbuat Xitməti təsdiqləyib.
Qeyd edək ki, S.Səfərova bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı isə BŞBPİ-nin rəis müavini təyin edilib.