11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Prezident İlham Əliyev 2 sərəncam imzaladı

03.02.2020

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
"Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu "Heydər Əliyev” ordeni ilə təltif edilsin”.
**
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramiz Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
”Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilsin”.