Qubadlıdan ən son görüntülər - VİDEO
03.02.2020
Erməni işğalı altında olan Qubadlı rayonunun Diləli Müskanlı kəndinin yeni görüntüləri yayılıb.
İlahiyyatçı Rəsul Mirhəşimli sosial şəbəkə hesabında kənddən çəkilən ən son görüntüləri bu sözlərlə paylaşıb:
"Ermənilər yurdumuzu belə viran qoyub. Qubadlı rayonundan çəkilən ən son görüntülər. Videoda görünən rayon mərkəzi və Diləli Müskanlı kəndidir”.
Qeyd edək ki, Qubadlı 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.