Şok: Rusiya Suriyaya türk ordusuna hücümda kömək edib
03.02.2020
İdlibə hücum zamanı Əsəd qüvvələrinə Rusiya aviasiyası kömək edib.
Bu sözləri politoloq Elxan Şahinoğlu Əsəd rejiminin Türkiyə ordusuna hücumu və İdlib ətrafından baş verən siyasi prosesləri Axar.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, baş verən hadisə artıq Türkiyə ilə Suriya arasında münaqişədən xəbər verir:
"Əsəd rejiminə bağlı qüvvələr Rusiya aviasiyasının köməyi ilə İdlibdə nəzarəti ələ almaq istəyir. Düzdür, tərəflər İdlibdə daha öncə atəşkəslə bağlı şifahi razılaşmaya gəlsələr də, Rusiya bu məsələdə elə də ciddi addım atmadı. Çünki Rusiya özü də istəyir ki, Əsəd rejimi İdlibi ələ keçirsin.
Türkiyə İdlibin təhlükəsizliyi üçün vaxti ilə İdlib ətrafında nəzarət məntəqələri yaratmışdı. Türkiyə bu addımla Əsəd rejimini İdlibdən uzaq tuta biləcəyini düşünürdü. Lakin bu, elə də uğurlu plan deyildi. Vəziyyət elə bir həddədir ki, Əsəd Türkiyənin İdlibdə varlığını bilə-bilə hücum edir, hətta Türkiyə əsgəri ilə toqquşmağı belə gözə alır”.
Politoloq qeyd edib ki, Əsədə İran və Rusiya hələ də dəstək verir:
"Düşünürəm ki, növbəti addımı Türkiyə atacaq. Lakin bu, düşünülmüş bir addım olmalıdır. Çünki Türkiyə-Suriya münaqişəsi heç kəsin maraqlarına uyğun gəlmir. Əsəd müəyyən bir gücə arxalanmasa, türk əsgərlərinə hücum edə bilməzdi. Aydın məsələdir ki, İran və Rusiya Əsədi dəstəkləyir. Ümumiyyətlə, bu iki ölkənin dəstəyi olmasa, Əsəd çoxdan hakimiyyətini itirə bilərdi.
Türkiyə İdlibi qorumaq üçün mütləq bir plan hazırlayacaq. Lakin bu plan çərçivəsində Suriya ordusu ilə toqquşma qaçılmazdı. Bu da eyni zamanda iki dövlət arasında müharibə riskini artıra bilər”.
Rusiyalı politoloq Sergey Markov isə Axar.az-a açıqlamasında deyib ki, Türkiyə və Rusiya İdlibin bölüşdürülməsi haqda çoxdan razılığa gəlib.
Onun sözlərinə görə, formal və ya qeyri-formal olmasından asılı olmayaraq, tərəflər bu mövzuda anlaşıblar:
"Bəşər Əsədin rəhbərlik etdiyi Suriya ordusu İdlibin bir sıra əraziləri üzərindəki nəzarəti ələ keçirəcək. Bu, əsasən İdlibin Hələblə Latakiyanı və Dəməşqi birləşdirən strateji M4-M5 magistral yollarını əhatə edəcək.
Ehtimal edirəm ki, İdlibdə də, Suriyanın şimalında YPG ilə türklər arasında olduğu kimi, deeskalasiya zonası yaradılacaq. Türkiyə tərəfinin də razılığı əsasında yaradılacaq bu təhlükəsizlik xətti 30 kilometri əhatə edəcək”.
Qeyd edək ki, Suriya rejim qüvvələri türk ordusuna hücum edib, nəticədə 4 əs