Saakaşvili: Ukraynada vəziyyət pisləşir
03.02.2020
Müasir Ukraynada həyat SSRİ dövründəkindən daha pisdir.
Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
"Ukrayna şəhərləri heç vaxt belə pis formada olmayıb. Hər keçən il vəziyyət daha da pisləşir. Ukraynadan fərqli olaraq bütün dünya irəli gedir və inkişaf edir. Bütün müstəqillik dönəmində ukraynalılar heç bir uğur nümunəsi görməyiblər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Saakaşvili Ukraynanın 5 yerə parçalana biləcəyini bildirmişdi.