Koronaviruslu qadın dünyaya sağlam körpə gətirdi
03.02.2020
Çinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirib.
Trend-in məlumatına görə, qız övladı keysəriyyə yolu ilə doğulub.
Onun tamamilə sağlam olduğu deyilir. Qeyd olunur ki, doğum baş tutduqdan sonra körpədən iki dəfə analiz götürülüb və hər iki halda aşkar olunmayıb.
Ananın da vəziyyətinin yaxşılaşmağa doğru getdiyi bildirilir.