Tailandda koronavirusa alternativ müalicə üsulu tapıldı
03.02.2020
Tailand həkimləri QİÇS və qrip dərmanlarını birlikdə tətbiq edərək koronavirusa yoluxmuş xəstələrdə 48 saat ərzində yaxşılaşma müşahidə edib.
Xəbər verildiyi kimi, bu xəstələr arasında virusun yayıldığı Çinin Vuhan şəhərindən gələn, 10 gündür nəzart altında saxlanılan və koronavirus testi müsbət çıxan 70 yaşlı qadın da var.
Ağciyər xəstəlikləri üzrə mütəxəssis Krianska Atipornvaniç bu metodun virusun müalicəsi olmadığını bildirib. Ancaq o əlavə edib ki, bu üsulu tətbiq etdikdə xəstələrin vəziyyəti sürətlə yaxşılaşır.
Qeyd edək ki, Tailand Səhiyyə Nazirliyi bu gün yeni müalicə metodunun tətbiqi ilə bağlı iclas keçirəcək.