03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu avtobuslar hər gün dezinfeksiya olunacaq

03.02.2020

Çində ötən ilin sonunda yeni aşkarlanmış koronavirus 2019-nCoV virusuna qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb.
Bu barədə trend-ə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb:
"Virus ehtimalının çox aşağı olmasına rəğmən beynəlxalq və ölkədaxili daşımalara ciddi tapşırıq verilib. Əvvəlki vaxtlarda dezinfeksiya işləri həftədə bir dəfə, yaxud 15 gündən bir aparılırdısa, bu tapşırıqdan sonra beynəlxalq daşımalarda hər gün, region və şəhərlərarası daşımalarda 3 gündən bir aparılacaq. Dezinfeksiya işləri daşıyıcı şirkət və müvafiq təmizləyici şirkətlə razılıq əsasında görüləcək, nəzarət isə DANX tərəfindən aparılacaq”.
Qurumun sözçüsü əlavə olaraq bildirib ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqqında daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq.