Rusiya Çinlə dəmir yol əlaqəsini də kəsdi
03.02.2020
Rusiya yeni növ koronavirusun yayılması səbəbindən Çinlə sərnişin dəmir yolu nəqliyyatını dayandırmaq qərarına gəlib.
Xəbər verildiyi kimi, Rusiya bu addımı koronavirus epidemiyası səbəbindən atıb.
Rusiya Dəmir Yolları Şirkətinin yazılı açıqlamasında qeyd olunur ki, Çinlə sərnişin dəmir yolu nəqliyyatı fevralın 3-dən etibarən müvəqqəti dayandırılır.
Rusiya Baş nazirinin müavini Tatyana Golikova bundan əvvəl Tümen və Sibirin cənubundakı Transbaykal bölgəsində 2 Çin vətəndaşında koronavirus tapıldığını bildirmişdi.
Artıq bəzi Rusiya şirkətləri də Çinə uçuş və dəmir yolu xidmətlərini məhdudlaşdırıb.
Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı qərara görə, Çinlə vizasız səyahət müraciəti və Çin vətəndaşları üçün iş vizası müraciəti də müvəqqəti olaraq dayandırılıb.