Fransaya gələn 20 sərnişində koronavirus aşkarlandı
03.02.2020
Yeni növ koronavirusun tüğyan etdiyi Çindən Fransaya gələn 20 sərnişin həkim nəzarətində saxlanılır.
"RİA Novosti” xəbər verir ki, həmin insanlarda yeni xəstəliyin simptomları aşkar edilib.
Qeyd etmək lazımdır ki, Fransaya Çindən artıq 300-ə yaxın insan qayıdıb.
Onların hamısı iki həftə müddətində karantində qalmalı olacaqlar.