Mehriban Əliyeva gəncləri təbrik etdi
02.02.2020
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 fevral Gənclər günü münbasibətilə təbrik ünvanlayıb.
Təbrik mətni Mehriban Əliyevanın İnstaqram səhifəsində yer alıb.
"Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!", - təbrikdə bildirilib.