Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir
01.02.2020
Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir.
Bu bəyanatla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edib.
Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxış edən Mahmud Abbas bildirib ki, ABŞ-ın planı məqsədəuyğun deyil və münaqişənin həllinə yardım etməyəcək. O deyib ki, Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində də əməkdaşlıq etməyəcək.
Xatırladaq ki, Ərəb Dövlətləri Liqası ABŞ-ın "Əsrin sövdələşməsi” planını müzakirə etmək üçün bu gün Qahirədə təcili toplantı keçirib.