Vətəndaşlarımız Çindən Türkiyəyə gəlir
01.02.2020
Azərbaycan vətəndaşlarının Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilməsi ilə bağlı proses nəzarət altındadır.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün lazımi işlər görülür. Təxliyə olunan vətəndaşlarımız könüllü əsasda 2 həftə ərzində Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaq, daha sonra Azərbaycana göndəriləcək.
Qeyd edək ki, təxliyə üçün ayrılan təyyarə Ankaraya çatmaqdadır.