Bəhreyn ABŞ planına etiraz edir
01.02.2020
Bu gün səhər saatlarından başlayaraq Bəhreyndə əhali kütləvi etiraz aksiyaları keçirir.
Ölkənin bütün şəhərlərində keçirilən aksiyalarda insanlar ABŞ-ın təklif etdiyi "Əsrin sövdələşməsi” planının əleyhinə çıxırlar. Bəhreynin mərkəzi vilayətində keçirilən aksiyalar daha izdihamlıdır.
Xatırladaq ki, ABŞ İsrail-Fələstin münaqişəsinin həlli üçün "Əsrin sövdələşməsi” adlı plan təqdim edib. Plana əsasən Qüds İsrailin paytaxtı elan edilməlidir. Məhz bu məsələ region xalqları tərəfindən birmənalı qarşılanmayıb. Bəhreyn Yəməndən sonra ABŞ-ın planına kütləvi şəkildə etiraz edən ölkədir.
ABŞ administrasiyasının planı əleyhinə ilk etirazı İran edib və bəyan edib ki, bu planın reallaşmasına imkan verilməyəcək.