Ərdoğan Ukraynaya səfər edəcək
01.02.2020
Fevralın 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya işgüzar səfərə gələcək.
Ukrayna Prezidentinin mətbuat xidməti xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra Ukrayna-Türkiyə biznes forumunda iştirak edəcək.
Forumda əsas müzakirə mövzularından biri Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması olacaq. Regional layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması və digər maraq doğuran məsələlərlə bağlı da müzakirələr aparılacaq.