Mişustin ilk səfərini türk ölkəsinə etdi
01.02.2020
Mixail Mişustin baş nazir təyin edildikdən sonra ilk xarici səfərini Qazaxıstana edib.
O, Nur-Sultanda Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevlə görüşüb. Mişustin görüş zamanı iki ölkəni qardaşlıq və müttəfiqlik münasibətlərinin birləşdirdiyini vurğulayıb.
Nur-Sultandan öncə Mişustin Alma-Atıda olub. O, burada Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak edib.