37 mini apardılar - Bakıda
01.02.2020
Yanvarın 30-da Bakının Nizami rayonunda külli miqdarda oğurluq hadisəsi baş verib.
Bu barədə Nizami Rayon Polis İdarəsindən məlumat daxil olub.
Naxçıvani küçəsində yerləşən evdə yaşayan 59 yaşlı Zəfər Yunusova məxsus mənzildən 10 min manat və 16 min dollar (27,200 AZN) oğurlanıb.
Məlum olub ki, cinayətkar qapı kilidinin açarını götürərək mənzilə daxil olub. Bu hadisə səhər ev sahibinin evdə olmadığı iki saat ərzində baş verib.
Bu hal oğrunun zərərçəkənin gündəlik qrafikini öyrəndiyini göstərir. Güman edilir ki, oğurluq gürcü "qastrolçuları” tərəfindən yox (qapı kilidinə uyğun açarının seçilməsi onların sevimli üsuludur), tanış şəxs tərəfindən törədilib.
Faktla bağlı 24-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hələlik həbs olunanlar yoxdur.
Qeyd edək ki, həmin gün Nizami rayonunda, Babək prospektində yerləşən mağazada daha bir oğurluq hadisəsi törədilib.
Orada işləyən 47 yaşlı Vəli Abbasovun pencəyinin cibindən altı min manatı oğurlanıb. Həmin şəxs pencəyini yardım otağında asıbmış. Saat 13: 00-da o, pulunun oğurlandığını bilib. Şübhəli şəxsin kimliyi hələ müəyyən edilməyib.