21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Boşanma barədə məhkəmə işinə baxılarkən..."

16.01.2018

Boşanma barədə məhkəmə işinə baxılarkən notariusda uşağın saxlanmasına görə aliment sazişi bağladıq. Boşandıqdan sonra keçmiş həyat yoldaşım bir müddət saziş üzrə aliment ödəsə də, artıq bir neçə aydır ödənişlərdən yayınır. Alimentin bərpası üçün hara müraciət edə bilərəm?
Nailə Şabanova

Bakı şəhəri

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 94.3-cü maddəsinə görə, aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə icra vərəqəsi qüvvəsinə malik olur.

Məcəllənin 95.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişin icrasından birtərəfli qaydada imtina edilməsinə və ya onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. "İcra haqqında” qanunun 6.1.3-cü maddəsinin tələbi ilə alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş saziş icra sənədi sayılır. Bu qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

Siz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq rayon icra şöbəsinə (keçmiş ərinizin yaşadığı ərazi, yaxud iş yeri və ya onun əmlakının olduğu yer üzrə) müraciət etməklə alimentin ödənilməsinin məcburi qaydada təmin olunmasını tələb edə bilərsiniz.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi