21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Üç kiloqramlıq Zaqatala çörəyi - VİDEO

01.02.2020

Zaqatala çörəkçilərinin bişirdiyi çörək ölçüsü ilə fərqlənir.
Rayonun Muğanlı kəndində hazırlanan çörək həm bişirilmə qaydasına görə, həm də çəkisinə görə digərlərindən seçilir.
Çörəyin çəkisi üç kiloqramdır. Bu da normal çəkidən 6-7 dəfə çoxdur.
Çörəyin bişirilməsindən danışan çörəkçi Nuranə Murtuzəliyeva deyir ki, xəmir səhər tezdən yoğurulur, əvvəlcədən hazırlanmış təbii maya, el dili ilə desək, balatı ilə yoğurulmuş xəmir ən azı iki saat üstü bağlanaraq acımaq üçün müəyyən istilikdə saxlanılır.
Kürənin lazımi səviyyədə qızdığı yoxlandıqdan sonra hazır kündələr kürənin içinə qoyulur.
Heç bir süni qatqısı olmayan bu çörəyi payız və qış aylarında bir ay, yaz-yayda isə 15-20 günə kimi saxlamaq olur.
Bir ədədi 5-6 çörəyi əvəz edən Muğanlı çörəyinin müştərisi də az deyil. Çörəyi almaq üçün 25 kilometr uzaqlıqda yerləşən şəhər mərkəzindən, hətta qonşu rayonlardan da bura gəlirlər. Gün ərzində 25-30 çörək bişirə bilən çörəkçilər, bu rəqəmin az olmasını çörəyin çəkisinin çoxluğu ilə əlaqələndirirlər. Artıq onlar çoxlu sayda çörək bişirmək üçün yeni soba da ixtira ediblər.
Muğanlı çörəyin qiyməti isə çəkisindən asılı olaraq 2-3 manat arasında dəyişir.