85 kəndlə əlaqə kəsildi - FOTO
01.02.2020
Türkiyənin Siirt vilayətində aramsız qar yağması 85 kəndlə əlaqənin kəsilməsinə səbəb olub.
İHA-nın xəbərinə görə, Şirvan, Eruh, Pervari, Kurtalan və Baykan rayonlarının 85 kəndi ilə əlaqə kəsilib.
Buna əraziyə iki metr hündürlükdə qar yağması səbəb olub.
Kəndlərə gedən yolların qardan təmizlənməsi üçün on qrup cəlb edilib.
Vilayət Xüsusi idarəsinin Baş katibi Hıfzullah Canpolat bağlanan yolların açılması üçün cəlb olunan heyətlərin dayanmadan işlədiklərini deyib:
"Qar hələ də yağmağa davam edir. Bu, açılan yolların yenidən bağlanmasına səbəb olur, bağlanan yolları yenidən açırıq”.