Əl-Qaidənin İraq hücrəsinin rəhbəri ələ keçirildi
01.02.2020
ABŞ hakimiyyəti Əl-Qaidənin İraqın Fəllucə şəhərindəki hücrəsinin rəhbərini saxlayıb.
Bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.
Məlumata görə, saxlanılan Əli Yusif Əhməd ən-Nuri adlı şəxs Arizona ştatının Finiks şəhərinin sakini olub. Onun 2006-ci ildə törədilən cinayətlərə görə axtarıldığı və İraq tərəfinin müraciəti əsasında saxlanıldığı vurğulanıb.