Daha bir ölkədə koronavirus AŞKARLANDI
01.02.2020
İspaniyada koronavirusa yoluxma halı aşkarlanıb.
Bu barədə İspaniya Səhiyyə nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İspaniyanın cənub-qərbindəki Kanar adalarına gələn beş alman turistdən birində koronavirs aşkarlanıb.
Qeyd edək ki, Çində tüğyan edən koronavirus səbəbindən indiyə qədər 213 nəfər dünyasını dəyişib, 10 minə yaxın şəxs bu virusa yoluxub. Dünyanın 20 ölkəsində 10 nəfərdə də bu virus tapılıb.