Pompeo Minskə getdi
01.02.2020
ABŞ Dövlət katibi Mayk Pompeo Minskə səfər edib.
Bu məlumatı TASS agentliyi yayıb. Pompeo bununla son 25 ildə Belarusa səfər edən ilk yüksəkçinli ABŞ rəsmisi olub.
Pompeo Minskə Kiyevdən gəlib. Onun Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Xarici İşlər naziri Vladimir Makeylə görüşəcəyi vurğulanıb.
Qeyd edək ki, Belarusa sonuncu dəfə 1991-ci ildə ABŞ Dövlət katibi Ceyms Beyker səfər edib. 1994-cü ildə isə Belarusda ABŞ Prezidenti Bill Klinton olub.