Putin Donbası geri verəcək - Radzixoski
01.02.2020
Konstitusiya dəyişiklikləri sayəsində Rusiya Prezidenti Vladimir Putin Donbasla bağlı güzəştlərə gedə bilər.
Bunu "Obozrevatel”ə müsahibəsində rusiyalı politoloq Leonid Radzixovski deyib. Onun sözlərinə görə, Putin üçün hazırda vacib olan Qərbin onu Dövlət Şurasının sədri kimi qəbul etməsidir. O, Putinin bunun üçün Ukrayna konfliktinin həllində uğura nail olması gərəkdiyini bildirib:
"Geosiyasət Putinin oynadığı əsas vacib oyuncaqlardan biridir. Ona lazımdır ki, Qərb onu yeni fiqur qismində - Dövlət Şurasının sədri kimi qəbul etsin. Dünya liderləri ilə münasibət Putnə Donbasdan daha vacibdir. Ona görə də Putin güzəştə getməyə hazırdır”.