İran da Çinlə əlaqələri KƏSDİ
01.02.2020
İran koronavirusla əlaqədar Çinlə aviaəlaqələrini dayandırıb.
Bunu İran Səhiyyə naziri Səidə Namaki deyib. Onun sözlərinə görə, qərar hökumətin fövqəladə iclasında qəbul edilib. O, Çindəki İran vətəndaşlarının ölkəyə gələn həftə gətiriləcəyini vurğulayıb. Namaki Çindən gətirilən iranlıların 14 gün karantində saxlanılacağını bildirib.