Çin icazə verib, onları Türkiyəyə gətirəcəyik - Çavuşoğlu
31.01.2020
Çin yalnız Türkiyəyə deyil, digər ölkələrə də uçuş icazəsi verib.
Report xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Çinin Uhan şəhərindən təkcə Türkiyə vətəndaşları deyil, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da təxliyə ediləcək: ”Ümumilikdə, isə öz vətəndaşlarımızla birlikdə 49 vətəndaşı qısa zamanda Türkiyəyə gətirəcəyik”.