Nazirlər Şuşanı müzakirə edib - Şahnazaryan
31.01.2020
Cenevrədə Mnatsakanyan və Məmmədyarov arasında Qarabağ konfliktinin siyasi həlli ətrafında əsaslı danışıqlar aparılıb.
Bunu "168 Jam” qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan deyib.
"Əsas məsələlərdən biri Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında birgə yaşayış zonalarının yaradılmasıdır. İlk növbədə Şuşa məsələsi, eləcə də əsaslı danışıqların intensivləşdirilməsi müzakirə edilir. Məhz bu kontekstdə Cenevrə danışıqları ilə paralel olaraq ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”, – deyə o bildirib.