Çindən smartfonların tədarükü dayandı
31.01.2020
Çin smartfon istehsalçıları, eləcə də "Əpl” şirkəti koronavirus yayılmasıyla əlaqədar Çindən Rusiyaya smartfon tədarükünü iki həftəlik dayandırıb.
Bu məlumatı "Kommersant” yayıb.
Tədarükü dayandıran şirkətlər arasında "Huavey”, "Ksiaomi”, "Vivo”, "Realme”, ZTE, "Lenovo”nın yer aldığını bildirib.
Tədarükün dayandırılmasına səbəb bu şirkətlərin zavodlarında koronavirusla əlaqədar tətillərin müddətinin artırılması olub.