İsrail ordusu Qəzzanı vurdu
31.01.2020
İsrail ordusu HƏMAS-ın Qəzzadakı obyektlərinə zərəbələr endirib.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumatda zərbələrin HƏMAS tərəfdən İsrail ərazisinə raket, hava şarları vasitəsilə atılan bombalara cavab xarakteri daşıdığı bildirilib.
"Biz HƏMAS-ın Qəzzadakı silah hazırlayan yeraltı infrastrukturlarına cavab zərbələri endirdik”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl Qəzzanın Fələstin sektorundan İsrail ərazisinə 3 raket atılmışdı. Raketlərdən 3-ü İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.