Məmmədyarov və Mnatsakanyanın görüşü başa çatıb
30.01.2020
Bu gün Cenevrədə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşün növbəti mərhələsi keçirilir.
Report xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, dünən tərəflər arasında görüş 7 saat davam edib.
****
Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı ikigünlük görüş başa çatıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
"Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vasitəçiliyi və iştirakı ilə keçirilib”, - A.Naqdalyan məlumat verib.