21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsrail səfiri Qubaya ziyarətə gedib

30.01.2020

İsrailin Azərbaycandakı səfiri Corc Dik Qubaya səfər edib.
Səfir öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib və ona rayon haqqında ətraflı məlumat verilib. 
Daha sonra C. Dikin rəhbərlik etdiyi nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Onlar erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Səfir bu gün Qubada fəaliyyət göstərən bir sıra emal müəssisələrində, Quba "ASAN xidmət” mərkəzində olub.
Onun sabah dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbəni ziyarət edəcəyi planlaşdırılır.